Azərbaycan və FAO ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığı müzakirə edib
Operativ Media
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə əlaqədar ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma