Menyu

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

Operativ Media
Bakıda köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

Bakıda köhnə beş və doqquz mərtəbəli binalardakı mənzillərin qiymətində son vaxtlar 5-10 min manat artım müşahidə olunur.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, avqustda beşmərtəbəli binada 30 kvadratmetrlik birotaqlı mənzil 107 min manata təklif olunurdusa, hazırda qiymətlər 110-120 min manat arasında dəyişir. Doqquzmərtəbəli binada 37 kvadratmetrlik mənzilin qiyməti isə 135 mindən 140 min manata yüksəlib.

Ekspertlər bildirirlər ki, sentyabrda tələbələrin və digər bölgə sakinlərinin Bakıya axını mənzillərə tələbatı artırıb. Xüsusilə metro və ictimai nəqliyyata yaxın köhnə binalardakı bir və ikiotaqlı mənzillərə tələbat yüksəkdir.

Bildirilib ki, artan tələbat nəticəsində mənzil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər