Menyu

Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək

Operativ Media
Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
1 dəq oxu

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Önce öğretmen” Fondunun sədri Ziya Səlcuqun ustad dərsi keçiriləcək.

Operativ Media xəbər verir ki, “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə reallaşacaq.

Ustad dərsində Ziya Səlcuqun Azərbaycan dilində çap edilən “Qırx dəfə demişəm” kitabı iştirakçılara təqdim olunacaq.

Uzun illərini uşaq inkişafı və təhsillə bağlı fəaliyyətlərə həsr etmiş professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabında gündəlik həyatda tez-tez istifadə etdiyimiz ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik prizmasından yenidən təhlil edilir. Bu təhlil insanların uşağa və uşaqlığa baxışını dəyişdirməyi hədəfləyən səmimi söhbət üslubunda təqdim olunur.

Qeyd edək ki, Ziya Səlcuq 2018–2021-ci illərdə Türkiyə Respublikasının milli təhsil naziri vəzifəsində çalışıb. Peşəkar fəaliyyəti boyu diqqətini yalnız uşaqlara və “uşaqlıq” anlayışına yönəldən professor Ziya Səlcuq hazırda “Öndə müəllim” Fondunun sədri olaraq fəaliyyətini davam etdirir, elmi araşdırmalar aparır və sosial məsuliyyət üzrə müxtəlif layihələr həyata keçirir.

Davranışların müşahidə olunması, ünsiyyət, öyrənmə, xarakter mövzularında kitabların və yüzdən artıq elmi məqalənin müəllifidir.

“Ustad dərsi”ndə iştirak ödənişsizdir. Müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər