Menyu

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Operativ Media
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
1 dəq oxu

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümünə start veriləcək.

Operativ Media xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

1-ci təsnifat mərhələsində “Qaradağ Lökbatan” “Şəki”ni qəbul edəcək. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.

Bu mərhələnin “Difai” – “Zəngəzur”, “Marafon” – “Dinamo” və “Şirvan” – “Kür-Araz” oyunları sabah, “Ağdaş” – “Hypers” görüşü isə 9 oktyabrda keçiriləcək.

Azərbaycan Kuboku 1-ci təsnifat mərhələsi 7 oktyabr

“Qaradağ Lökbatan” – “Şəki” Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Törə Əhmədova Lökbatan OİK stadionu, 14:30

“Şəmkir” – “Ağstafa Gəncləri” Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mahal Məmmədov Şirvan OİK stadionu, 14:30

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər