Nihad Əhmədzadə: "Bizə inanmayanlar çox idi"
"Bizə inanmayanlar çox idi".
Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycanın U-21 millisinin üzvü Nihad Əhmədzadə Cəbəllütariq yığması üzərində qazanılan qələbədən sonra deyib.
Gənc futbolçu komandasının tarixi uğurundan və qol vurduğu üçün keçirdiyi qürur hissindən danışıb:
"Əlbəttə ki, bu qol mənim üçün çox xüsusi olacaq. Çünki komanda olaraq layiqli qələbə qazandıq, matçın ilk qolunun müəllifi mən oldum. Layiqli mübarizə apardıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. U-21 tarixinin ən çox xal toplayan kollektivi olduq".
O, həmçinin komandaya qarşı olan skeptik münasibətə toxunaraq bildirib: "Açığı, bizə inanmayanlar çox idi və daha aşağı xal yığmağımızı gözləyirdilər. Amma biz bunu sübut etdik və rekordu təzələdik. Çox xoşbəxtəm".
Qeyd edək ki, Rəşad Eyyubovun komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda 10 xal toplayaraq 5-ci olub.
dəqiqələr içində saytın olsun.