Menyu

Azərbaycanda aqrar sahə ilə bağlı bir neçə qanun ləğv edilir

Xəbərlər redaksiyası
Azərbaycanda aqrar sahə ilə bağlı bir neçə qanun ləğv edilir
1 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsinin qəbulundan sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğv edilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, həmin qanunların aktual müddəaları yeni baza qanununa daxil ediləcək. Digər sahəvi qanunlar isə qüvvədə qalacaq və “Aqrar sahə haqqında” qanunla əlaqələndiriləcək.

Məcnun Məmmədov qeyd edib ki, yeni qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər və digər tətbiqi aktlar hazırlanacaq.

Nazir bildirib ki, layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənəcək.

Onun sözlərinə görə, fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyənləşdiriləcək, kooperativlərə isə öz satış yerlərini təşkil etmək hüququ veriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər