Menyu

Aqrar sahədə dövlət dəstəyi istehsalçıların reytinqi əsasında veriləcək

Xəbərlər redaksiyası
Aqrar sahədə dövlət dəstəyi istehsalçıların reytinqi əsasında veriləcək
1 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsində aqrar məhsul istehsalçılarına göstərilən dövlət dəstəyinin 12 alətinin qanun səviyyəsində təsbit olunması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, layihəyə əsasən, aqrar məhsul istehsalçıları iki kateqoriyaya ayrılacaq. Bunlara sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar daxildir.

Onun sözlərinə görə, subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti qanunda sadalanır.

Məcnun Məmmədov qeyd edib ki, dövlət dəstəyi informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək.

“Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək”, – deyə nazir bildirib.

O əlavə edib ki, layihə dövlətin aqrar sahədəki vəzifələrini də 32 istiqamət üzrə dəqiqləşdirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər