Menyu

Dumanlı havada qəza baş verərsə, məsuliyyət necə müəyyən edilir?

Ayşən Sadıxzadə
Dumanlı havada qəza baş verərsə, məsuliyyət necə müəyyən edilir?
1 dəq oxu

Dumanlı hava şəraitində baş verən yol-nəqliyyat hadisələrində məsuliyyət müəyyən edilərkən yalnız hava şəraitinin dumanlı olması əsas götürülə bilməz. Sürücünün həmin şəraitdə yol hərəkəti qaydalarının tələblərinə necə əməl etdiyi qiymətləndirilməlidir.

Bu barədə Operativ Media-ya vəkil Səma Əhmədova danışıb. 

O bildirib ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, məhdudiyyətli görünmə duman, yağış, qar və digər şəraitdə yolun 300 metrdən az məsafədə görünməsi halıdır:

“Belə şəraitdə sürücü hərəkət sürətini və ara məsafəsini yol şəraitinə və görünmə imkanına uyğun seçməlidir. Qanunun 50-ci maddəsinin III hissəsinə əsasən, sürücü elə ara məsafəsi seçməlidir ki, qarşıdakı nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Eyni zamanda, Qanunun 73-cü maddəsinə əsasən, məhdudiyyətli görünmə şəraitində duman faralarından istifadə edilə bilər. Arxa duman fənərlərindən isə yalnız məhdudiyyətli görünmə şəraitində istifadə olunmasına icazə verilir.

Bu baxımdan, dumanlı havada qəza baş verdikdə əsas suallardan biri sürücünün mövcud görünüş və hərəkət şəraitinə uyğun sürət və təhlükəsiz ara məsafəsi seçib-seçməməsidir. Əgər sürücü qarşıdakı nəqliyyat vasitəsinin hərəkətini təhlükəsiz məsafədən izləyə biləcək şərait yaratmayıbsa, dumanın olması onun məsuliyyətini avtomatik aradan qaldırmır.

Nəticə etibarilə, qəza üzrə məsuliyyət müəyyən edilərkən görünmə məsafəsi, hərəkət sürəti, ara məsafəsi, işıq cihazlarından istifadə və qəzanın qarşısının alınmasının texniki baxımdan mümkün olub-olmaması birlikdə qiymətləndirilməlidir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər