Menyu

AYNA: Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb

Şəfa Hüseynli
AYNA: Ötən ay mikromobillik vasitələrindən istifadə rekord həddə çatıb
1 dəq oxu

2026-cı ilin sentyabr ayında kirayə xidmətində olan mikromobillik vasitələrindən istifadə üzrə rekord göstəricilər qeydə alınıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, ay ərzində mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox artım deməkdir.

Həmçinin ötən ay velosiped və skuterlərdən 264 050 nəfər istifadə edərək 2 647 688 km məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19%, qət edilən məsafə isə 98%-dən çox artıb.

Qeyd edilib ki, bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək nəticədir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər