Menyu

Məcnun Məmmədov: Yeni qanun layihəsi aqrar sahədəki uzunillik boşluğu aradan qaldıracaq

Xəbərlər redaksiyası
Məcnun Məmmədov: Yeni qanun layihəsi aqrar sahədəki uzunillik boşluğu aradan qaldıracaq
1 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsinin məqsədi aqrar qanunvericilikdə uzun illərdir mövcud olan boşluğu aradan qaldırmaqdır.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, indiyədək aqrar sahə taxıl, çay, pambıq və digər ayrı-ayrı məhsullar üzrə qəbul edilmiş qanunlarla tənzimlənib. Onun sözlərinə görə, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək olmayıb.

Məcnun Məmmədov qeyd edib ki, “fermer”, “aqrar məhsul istehsalçısı”, “ilkin emal” kimi əsas anlayışların vahid tərifinin olmaması dövlət dəstəyi və vergi güzəştlərinin tətbiqində mübahisələrə səbəb olub.

Nazir bildirib ki, layihə ilə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit edilir. İlkin emalla sənaye emalı arasındakı sərhəd də konkret texnoloji əməliyyatlarla müəyyənləşdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər