Menyu

Torpaq və su ehtiyatlarından səmərəli istifadə üçün yeni müddəalar hazırlanır

Xəbərlər redaksiyası
Torpaq və su ehtiyatlarından səmərəli istifadə üçün yeni müddəalar hazırlanır
1 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsində torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı yeni müddəalar nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, layihəyə əsasən, torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi tanınacaq. Torpaqların xırdalanmasının qarşısının alınması üçün vahid əkin, konsolidasiya və kooperasiya mexanizmlərindən istifadə nəzərdə tutulur.

Onun sözlərinə görə, yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısının alınması da qanunun əsas istiqamətlərindəndir.

Məcnun Məmmədov qeyd edib ki, su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları da qanun layihəsində öz əksini tapır.

Nazir vurğulayıb ki, aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər