“Diri Baba” türbəsində yenidənqurma işlərinə başlanılıb
“Diri Baba” türbəsində yenidənqurma işlərinə başlanılıb.
Operativ Media xəbər verir ki, “Diri Baba” türbəsinin rəhbərliyi Yusif Məmmədov tərəfindən verilən məlumata görə, abidədə 2018-ci ildə yenidənqurma işləri aparılıb və ərazidə mövcud infrastruktur Dövlət Turizm Agentliyi tərəfindən yaradılıb.
Qeyd edilib ki, 2022-ci il avqustun 12-də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva “Diri Baba” türbəsini ziyarət edərək burada görülən işlərlə tanış olublar.
Hazırda isə türbənin ərazisində yenidənqurma işləri həyata keçirilir. Arxeoloji qazıntıların aparıldığı ərazidə, həmçinin türbənin özündə və ətrafında konservasiya və restavrasiya işlərinin görülməsi nəzərdə tutulur.
İşlərin nə qədər davam edəcəyi ilə bağlı bildirilib ki, prosesin bir neçə ay çəkməsi gözlənilir. İşlərin müddəti turistlərin ziyarəti və hava şəraiti nəzərə alınmaqla müəyyənləşdirilir.
dəqiqələr içində saytın olsun.