Məcnun Məmmədov: Qadınların və gənclərin aqrar fəaliyyətinə dəstək veriləcək
Qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi “Aqrar sahə haqqında” qanun layihəsində dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilir.
Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, layihə dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə müəyyənləşdirir.
Onun sözlərinə görə, bu istiqamətlər sırasında vergi intizamı və maliyyə şəffaflığının təmin edilməsi, qeyri-formal məşğulluğun azaldılması ilə yanaşı, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi də yer alır.
Məcnun Məmmədov qeyd edib ki, yeni qanun aqrar sahənin müxtəlif istiqamətlərində dövlət siyasətinin daha sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək.
dəqiqələr içində saytın olsun.