Menyu

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirilib

Operativ Media
"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirilib
1 dəq oxu

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi təşkil olunub.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə kursu uğurla başa vuran zabitlər Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edilib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

Kurs müddətində iştirakçılara təlimatçı bacarıqlarının formalaşdırılması, kollektivin səmərəli idarə olunması və komanda ruhunun inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki məşğələlər keçirilib.

Kurs iştirakçıları yaradılmış şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər