Menyu

Dünya çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Operativ Media
Dünya çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib
1 dəq oxu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb.

Operativ Media xəbər verir ki, rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb.

Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq.

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.

Əlaqəli Xəbərlər