Menyu

Tramp Zelenskini sülh razılaşmasına getməməkdə ittiham edib

Operativ Media
Tramp Zelenskini sülh razılaşmasına getməməkdə ittiham edib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin müxtəlif səbəblərdən münaqişənin sülh yolu ilə həllinə razılaşmaq istəmədiyini bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Tennessi ştatından Vaşinqtona qayıdarkən Ağ Evin yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.

ABŞ liderinin sözlərinə görə, Ukrayna münaqişəsini dəfələrlə həll etmək mümkün olub, lakin Zelenski naməlum səbəblərdən razılaşma əldə etməyə hazır deyil.

Tramp hesab edir ki, Ukrayna Prezidenti iki il əvvəl sülh sazişini qəbul etsəydi, hazırda daha əlverişli vəziyyətdə olardı.

Rusiya ilə Ukrayna arasında danışıqlar aparmaq üçün xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya göndərilməsinin planlaşdırılıb-planlaşdırılmadığı barədə suala cavab verən Tramp Rusiyanın razılaşma əldə etməkdə maraqlı olduğunu düşündüyünü bildirib. O, bu məsələnin bir neçə dəfə müzakirə edildiyini də qeyd edib.

Əlaqəli Xəbərlər