Menyu

İstanbulda xəstəxananın damında yanğın baş verib

Nicat Hüseynli
İstanbulda xəstəxananın damında yanğın baş verib
1 dəq oxu

İstanbulun Kartal rayonunda yerləşən Koşuyolu Yüksək İxtisas Tədris və Araşdırma Xəstəxanasının damında yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Cevizli məhəlləsindəki xəstəxanaya çoxlu sayda yanğınsöndürən, tibbi yardım və polis briqadası cəlb olunub.

Hadisə ilə əlaqədar bəzi xəstələr təxliyə edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Əlaqəli Xəbərlər