Menyu

“Kuwait Airways” Ər-Riyada uçuşları ləğv edib

Nicat Hüseynli
“Kuwait Airways” Ər-Riyada uçuşları ləğv edib
1 dəq oxu

“Kuwait Airways” təhlükəsizlik vəziyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və geriyə planlaşdırılan iki uçuşu ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qərar hava limanının bağlanması səbəbindən qəbul edilib. Kral Xalid Beynəlxalq Hava Limanı da sərnişinlərə hava limanına yola düşməzdən əvvəl uçuşlarının statusunu yoxlamağı tövsiyə edib.

Əlaqəli Xəbərlər