Menyu

SEPAH Hörmüz boğazında supertankerin minaya düşdüyünü bildirib

Nicat Hüseynli
SEPAH Hörmüz boğazında supertankerin minaya düşdüyünü bildirib
1 dəq oxu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında hərəkət edən supertankerin minaya düşərək partladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, tanker xam neftlə boğazı tərk etməyə çalışarkən naviqasiya və mövqeləndirmə sistemlərini söndürüb.

SEPAH tankerin icazəsiz marşrutla hərəkət etdiyini iddia edib və hadisə zamanı güclü partlayış baş verdiyini bildirib.

Əlaqəli Xəbərlər