Menyu

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Operativ Media
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirilib.

Operativ Media xəbər verir ki, təlimə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.

Qeyd edilir ki, məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində "köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər" xüsusi vasitələrlə "xilas edilərək" onlara "ilkin yardım" göstərilib.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər