Həftənin Xülasəsi - 18:00
Əsəd Abbaslı
1 dəq oxu
5-11 oktyabr tarixləri ərzində baş verən əsas xəbərlər və gündəmin diqqətçəkən hadisələri.
Operativ Media “Həftənin Xülasəsi”ni təqdim edir:
- İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
- Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.
- İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.
- Azərbaycanda övladlığa götürülən uşaqla tanışlıq müddəti 2 aydan 1 aya endirilib
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib.
- Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib, İlham Əliyev tədbir iştirakçılarına müraciət edib.
- Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib.
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib.
- İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib.
- İlham Əliyev Vladimir Putinə zəng edib.
- Azərbaycan və Mərkəzi Asiya ölkələri əməkdaşlığı genişləndirir – Birgə Bəyanat
- Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub.
- Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib.
- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.
- İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub.
- Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçirilib.
- Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub.
- Gürcüstanla sərhəd komissiyasının tərkibi yenilənib – Sərəncam
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
- İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib.
Sorğu