Menyu

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Operativ Media
BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır
1 dəq oxu

İnklüziv cəmiyyətin və təhsilin inkişafı vacib məsələlərdən biridir. İnklüziv təhsilin təşkili, xüsusilə gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında çıxış edərkən deyib.

"Biz BSU-da 2022-ci ildən "İnklüziv təhsildən inklüziv cəmiyyətə" layihəsinə start vermişik. Bu layihənin mahiyyəti də ilkin başlanğıcda çox sadə idi. Biz ayrı-ayrı müəssisələr sırasında müzakirəni təşkil etmək, xüsusilə də pedaqoji kadr hazırlığı ilə məşğul olan müəssisələri inklüziv təhsilin təşkilinə necə baxdıqlarını bilmək istəyirdik. Bu istiqamətdə ömür boyu öyrənməni necə təşkil etmək istəyirlər? Problemi və onun həllini harada görürlər? İlk gündən dəstək və iş birliyi ilə başladığımız bu müzakirə platforması növbəti illərdə daha geniş beynəlxalq konfranslar platformasına çevrilib. Bu gün "İnklüziv təhsildən inklüziv cəmiyyətə" layihəsi Finlandiya, İtaliya, Polşa, Türkiyə və Özbəkistandan olan tərəfdaş təşkilatların birgə fəaliyyəti ilə həyata keçirilir", - deyə rektor qeyd edib.

Əlaqəli Xəbərlər