Menyu

Azərbaycan atleti U23 və gənclərin Avropa birinciliyində 3 medal qazanıb

Operativ Media
Azərbaycan atleti U23 və gənclərin Avropa birinciliyində 3 medal qazanıb
1 dəq oxu

Azərbaycan atleti Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Operativ Media Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, birdən qaldırma hərəkətində 134 kq çəkinin öhdəsindən gələn təmsilçimiz bu nəticə ilə ikinci olub. Təkanla qaldırma növündə Fuad 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub. Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Əlaqəli Xəbərlər