Menyu

Çörək və şəkərdən imtina etmək sağlamlıq üçün faydalıdırmı? - VİDEO

Nicat Hüseynli
Çörək və şəkərdən imtina etmək sağlamlıq üçün faydalıdırmı? - VİDEO
1 dəq oxu

Arıqlamaq və sağlam qidalanmaq istəyənlərin çörək və şəkərdən tam imtina etməsi orqanizmdə vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Mütəxəssislər sərt pəhrizlər əvəzinə balanslı qidalanmağı tövsiyə edirlər.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, qida mütəxəssislərinin sözlərinə görə, şəkərli içkilər və şirniyyatlarda olan əlavə şəkərin məhdudlaşdırılması faydalıdır. Ağ çörək əvəzinə isə tam taxıllı, çovdar və kəpəkli çörəklərə üstünlük vermək məsləhət görülür.

Mütəxəssislər bildirirlər ki, karbohidratlardan tam imtina enerji çatışmazlığına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. Buna görə də pəhriz fərdi sağlamlıq vəziyyəti nəzərə alınmaqla, həkim məsləhəti əsasında planlaşdırılmalıdır.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər