Menyu

Süni İntellekt Zirvəsi 2026-nın spikerləri açıqlanıb

Operativ Media
Süni İntellekt Zirvəsi 2026-nın spikerləri açıqlanıb
3 dəq oxu

Ölkədə ikinci dəfə keçiriləcək Süni İntellekt Zirvəsinin spiker heyəti bəlli oldu.

Operativ Media xəbər verir ki, 13 noyabr 2026-cı il tarixində The Ritz-Carlton Baku-da baş tutacaq Zirvədə Microsoft, BP, 4SİM, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azerconnect Group və Azercell kimi qurumları təmsil edən 20 spiker çıxış edəcək. Zirvə Arter, Facemark, Handex və HDC (Human Development Center) tərəfindən təşkil olunur.

Tədbirin baş sponsoru LOGO-dur. Bu il Zirvə “Uzadılmış İndi” konsepsiyası ilə keçirilir. Dövlət və özəl sektorun, akademik mühitin və texnologiya şirkətlərinin nümayəndələri süni intellektin bu gün iş, təhsil və idarəetmədə yaratdığı dəyişiklikləri, sabahın trendlərini və real əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Proqram iki panel sessiyası və on praktik masterklasdan ibarətdir. Panellərdə əsas məruzələr, debat və canlı nümayişlər yer alacaq. Masterklaslarda isə iştirakçılar süni intellekt həlləri, biznes, təhsil, data idarəçiliyi, dizayn və insan resursları istiqamətlərində praktiki bacarıqları birbaşa ekspertlərdən öyrənəcəklər.

Gün boyu fəaliyyət göstərəcək AI Playground zonasında qonaqlar süni intellekt həllərini canlı sınaqdan keçirə, Zirvənin mobil tətbiqi vasitəsilə interaktiv tapşırıqlarda iştirak edib xal toplaya və günün sonunda keçiriləcək Qrand Finalda yarışa biləcəklər. “Süni intellekt artıq gələcəyin deyil, bu günün mövzusudur. “Uzadılmış İndi” konsepsiyası ilə biz iştirakçılara texnologiyanı sadəcə dinləmək yox, onu yerindəcə sınamaq və öz işində tətbiq etmək imkanı veririk.

Bu il dünya şirkətlərinin ekspertlərini yerli dövlət və biznes liderləri ilə eyni səhnədə görmək bizim üçün xüsusi qürurdur”, — deyə Facemark-ın təsisçisi Rafiq Hunaltay bildirib.

Zirvənin spikerləri Açılış nitqi

• Rafiq Hunaltay — Facemark, təsisçi

Panel1: Açılış mərasimi, əsas məruzə və canlı nümayiş

• Lətif Məmmədli (moderator) — Azerconnect Group, Süni intellekt məhsulları bölməsinin rəhbəri

• Lee Stott — Microsoft, Principal Cloud Advocate • David Lorenzo López — Prodware, süni intellekt və avtomatlaşdırma üzrə arxitektor • Rəfsan Hüseynov — SHI International Corp, Rəqəmsal iş mühiti və AI həlləri üzrə menecer

• İsmail Duran — LOGO Group, texnologiya direktoru (CTO) Panel 2: Əsas məruzə, debat və canlı nümayiş

• Osman Gündüz (moderator) — “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti • Bəxtiyar Aslanbəyli — BP, Xəzər regionu üzrə vitse-prezident

• Soltan Bayramov — 4SİM (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi), icraçı direktorun müavini

• Rüfət Əzizov — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

• İnarə Vəliyeva - Təhsil layihələri üzrə direktor, RİNN

Masterklaslar — I sessiya

• Fərid Hüseynov — Lambda Labs, təsisçi və baş icraçı direktor | AI həlləri

• Azər Sanılı — Start IT, direktor | Biznes həlləri

• Ümid Salay — Code Academy, Kreativ AI rəhbəri | AI və təhsil

• Kamal Mustafayev — Handex Təhsil Mərkəzi, direktor müavini | Data idarəçiliyi

• Əbülfəz Mustafazadə — Azerconnect Group, İnsan resursları datası və rəqəmsallaşdırma üzrə baş mütəxəssis | Data idarəçiliyi Masterklaslar — II sessiya

• Ramin Səfərov — AIWorks, təsisçi, direktor və AI mühəndisi | Biznes həlləri

• İlkin İbrahimov — Azercell Telekom, brend menecmenti üzrə mütəxəssis | Dizayn və yaradıcılıq

• Elnarə Məcidova — Hazar Human Capital Studio, təsisçi və idarəedici tərəfdaş | Şəxsi effektivlik

• Fərid Musayev — Xəzər Universiteti, İT departamentinin rəhbəri | Şəxsi effektivlik

• İmran Şıxlinskiy — Spark AI Technologies, biznesin inkişafı üzrə rəhbər | İnsan resursları

Qeydiyyat Zirvədə iştirak üçün qeydiyyat və tam proqramla tanış olmaq üçün: www.aisummit.az

Əlaqəli Xəbərlər