Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.