Koxalski: Azərbaycanda Polşadakından yaxşı heçnə yoxdur
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.
Operativ Media xəbər verir ki, hazırda Polşanın "Veçista Krakov" klubunda çıxış edən 26 yaşlı qolkiper "Goal.pl" saytına müsahibəsində Misli Premyer Lqiası ilə bağlı fikirlərini bölüşüb.
O, Polşa çempionatının səviyyəsini daha yüksək qiymətləndirib:
"Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Hər şey. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur".
Koxalski "Qarabağ"ın Polşa çempionatında hansı yerlər uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı da cavablandırıb:
"Fikrimcə, "Qarabağ" ilk "3-lük" uğrunda mübarizə apara bilər. Bəli, məhz "Qarabağ". Çempionlar Liqasına vəsiqə qazanan "Sabah" da yüksək yerlərdən birini tuta bilər. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər".