Menyu

SOCAR Şri-Lanka şirkətləri ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

Operativ Media
SOCAR Şri-Lanka şirkətləri ilə əməkdaşlıq imkanlarını dəyərləndirib
1 dəq oxu

SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər