Menyu

Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib

Operativ Media
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
1 dəq oxu

Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov Portuqaliya Xarici İşlər Nazirliyinin Xarici Siyasət üzrə baş direktoru, səfir Helena Malkata ilə görüşüb və Lissabonda Azərbaycan səfirliyinin açılışı ilə bağlı məsələlər müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Söhbət zamanı tərəflər daha dinamik ikitərəfli münasibətlərin inkişafı istiqamətində addımları, eləcə də Lissabonda Azərbaycan səfirliyinin qarşıdan gələn açılışını müzakirə ediblər", - o yazıb.

Bundan başqa, Azərbaycanın səfiri Lissabonda Portuqaldilli Ölkələr Birliyinin (CPLP) İcraçı Katibi Mariya de Fatima Jarsimlə görüşüb və söhbət zamanı Bakı ilə bu ittifaq arasında gələcək əməkdaşlıq müzakirə edilib.

Əlaqəli Xəbərlər