Menyu

NATO Qara dənizdə kəşfiyyat və monitorinq imkanlarını artıracaq

Nicat Hüseynli
NATO Qara dənizdə kəşfiyyat və monitorinq imkanlarını artıracaq
1 dəq oxu

NATO Qara dəniz regionunda mövqeyini gücləndirmək üçün əlavə kəşfiyyat, monitorinq və dronlarla bağlı ekspertiza imkanları yerləşdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Alyansın mətbuat katibi Elison Hart “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, qərar artan dron təhlükəsi ilə bağlı Şimali Atlantika Şurasının keçirdiyi iclasda qəbul edilib. Görüşün Rumıniya və Bolqarıstanın təkidi ilə çağırıldığı bildirilir.

Əlaqəli Xəbərlər