Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru, istefada olan general-leytenant Kristofer Koutsla görüşüb və söhbət zamanı əməkdaşlıq imkanları araşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Macdonald-Laurier" İnstitutunun Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru Kristofer Koutsla görüşmək, beynəlxalq siyasət və təhlükəsizlik barədə fikir mübadiləsi aparmaq, həmçinin gələcək dialoq və əməkdaşlıq imkanlarını araşdırmaqdan məmnun oldum", - paylaşımda bildirilib.
It was a pleasure to meet with Mr. Christopher Coates, Director of Foreign Policy, National Defence and Security at the Macdonald-Laurier Institute (MLI), to exchange views on international policy and security and explore opportunities for further dialogue and cooperation. pic.twitter.com/wzZ76LWkV7
— Azerbaijan in Canada (@AzEmbCanada) October 20, 2026