Menyu

Cari ilin 9 ayında 193,8 milyon dollarlıq pambıq ixrac edilib

Operativ Media
Cari ilin 9 ayında 193,8 milyon dollarlıq pambıq ixrac edilib
1 dəq oxu

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 193,8 milyon dollar dəyərində 123,8 min tondan çox pambıq ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,6 faiz, həcm baxımından isə 15,5 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk doqquz ayında ölkədən dəyəri 2,88 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21,66 faiz üstələyir. Hesabat dövründə pambıq ixracının xüsusi çəkisi 6,73 faizə bərabər olub.

Əlaqəli Xəbərlər