Menyu

Almaniyalı aktrisa Elke Sommer 85 yaşında vəfat edib

Operativ Media
Almaniyalı aktrisa Elke Sommer 85 yaşında vəfat edib
1 dəq oxu

Almaniyalı aktrisa Elke Sommer 85 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, 1960-cı illərdə bir sıra Hollivud filmlərində rol alan aktrisa Los-Ancelesdəki evində ürək çatışmazlığından dünyasını dəyişib.

1940-cı ildə Berlində anadan olan Sommer 1963-cü ildə “The Prize” filmi ilə Hollivudda debüt edib. O, bu filmə görə 1964-cü ildə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Aktrisanın filmoqrafiyasına 100 film və televiziya layihəsi daxildir.

Əlaqəli Xəbərlər