Menyu

“Qarabağ” akademiyasının nümayəndələri “Dinamo Zaqreb” rəsmiləri ilə görüşüb

Operativ Media
“Qarabağ” akademiyasının nümayəndələri “Dinamo Zaqreb” rəsmiləri ilə görüşüb
1 dəq oxu

“Qarabağ” akademiyasının nümayəndələri Xorvatiyanın Zaqreb şəhərinə səfər çərçivəsində “Dinamo Zaqreb” klubunun akademiya rəhbərliyi ilə görüş keçiriblər.

Operativ Media xəbər verir ki, görüşdə “Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev və koordinator köməkçisi İlkin Hüseynov iştirak ediblər. Onlar “Dinamo Zaqreb”in akademiya direktoru Albert Kapellas və idman koordinatoru Qoran Vlaoviçlə bir araya gəliblər.

Görüş zamanı Albert Kapellasın məşqçilik təcrübəsi, Xorvatiya klubunda formalaşdırılan futbol mühiti və akademiyanın iş prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin əldə olunan təcrübələrin gələcəkdə “Qarabağ” akademiyasının fəaliyyətində tətbiqi imkanları müzakirə edilib.

Əlaqəli Xəbərlər