Menyu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına 3,4 milyard manat ayrılacaq

Operativ Media
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına 3,4 milyard manat ayrılacaq
1 dəq oxu

2027-ci ilin dövlət büdcəsinin xərclərindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirləri üzrə cəmi olaraq 3 milyard 422 milyon manat məbləğində vəsait yönəldiləcək.

Operativ Media xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, yaşayış məntəqələri ilə bağlı zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 20 milyon manat, xüsusi mühafizə olunan sədlərin, aksiz və nəzarət markalarının çap edilməsi və onların dövriyyəsinə nəzarət sistemi üçün 15 milyon manat, valyuta konvertasiyası üzrə xərclər üçün isə 4 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bundan əlavə, Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmələrin qərarlarının icrası ilə bağlı xərclərin maliyyə təminatı üçün 54,9 milyon manat, dövlət təltiflərinin hazırlanması ilə bağlı xərclər üçün isə 3,1 milyon manat vəsait nəzərdə tutulub.

Əlaqəli Xəbərlər