Menyu

Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir

Şəfa Hüseynli
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
1 dəq oxu

Son dövrlərdə özlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.

Bu barədə Operativ Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir.

"Bu sahədə fəaliyyətlə bağlı Nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür.

Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər