Menyu

Manuel Noyer Messi və Mülleri geridə qoyub

Operativ Media
Manuel Noyer Messi və Mülleri geridə qoyub
1 dəq oxu

"Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə turnirin tarixində üçüncü yerə yüksəlib.

Operativ Media xəbər verir ki, 40 yaşlı almaniyalı qolkiper turnirin əsas mərhələsinin IV turunda “Atletiko”ya qarşı keçirilən matça start heyətində başlayıb. Bu, onun Çempionlar Liqasında 164-cü oyunu olub.

Beləliklə, Noyer bu göstəricidə Lionel Messi və Tomas Mülleri geridə qoyub. Hər iki futbolçu turnirdə 164 qarşılaşmada iştirak edib.

Çempionlar Liqasında ən çox oyun keçirən futbolçular siyahısına 183 matçla Kriştiano Ronaldo başçılıq edir. İker Kasilyas isə 177 oyunla ikinci yerdədir.

Əlaqəli Xəbərlər