Menyu

Aleksey Batrakov "Qalatasaray"ın "Ştutqart"a qarşı oyununda ən yaxşı oyunçu seçilib

Operativ Media
Aleksey Batrakov "Qalatasaray"ın "Ştutqart"a qarşı oyununda ən yaxşı oyunçu seçilib
1 dəq oxu

“Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batarkov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Ştutqart”a qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

21 yaşlı futbolçu 2:0 hesabı ilə başa çatan qarşılaşmada hər iki qola imza atıb. O, 12-ci dəqiqədə qapı tirinə dəyən zərbədən sonra hesabı açıb, üç dəqiqə sonra isə Davinson Sançesin ötürməsini qola çevirərək dubl edib.

Batarkovun Çempionlar Liqasında keçirdiyi dörd oyundan sonra hesabında dörd qol var. O, daha altı futbolçu ilə birlikdə turnirin bombardirlər siyahısına başçılıq edir.

Əlaqəli Xəbərlər