Menyu

Vətəndaşlardan alınan mənzillərin təkrar satışına ƏDV güzəşti təklif olunur

Operativ Media
Vətəndaşlardan alınan mənzillərin təkrar satışına ƏDV güzəşti təklif olunur
1 dəq oxu

Azərbaycanda vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması təklif olunur.

Operativ Media xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda bu cür mənzillərin satışı komisyon ticarəti formasında deyil, onların yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə ƏDV mənzilin ümumi satış dəyərindən hesablanır.

Layihədə bildirilib ki, bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə daha yüksək vergi yükü yaradır. Bu isə ikinci əl mənzil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına səbəb olur.

Əlaqəli Xəbərlər