Menyu

Ərdoğan Azərbaycana səfər edəcək - YENİLƏNİB

Operativ Media
Ərdoğan Azərbaycana səfər edəcək - YENİLƏNİB
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.

Operativ Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan özü açıqlama verib.

“8 noyabrda Azərbaycanın Zəfər Günü qeyd olunacaq. Mən də fövqəladə bir hal baş verməsə, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanı əldə edərik”, – Türkiyə Prezidenti qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.



***

12:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Operativ Media Oxu.Az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Əlaqəli Xəbərlər