Menyu

Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb

Operativ Media
Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb
1 dəq oxu

Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə doqquz turda yeddi xal toplayan R.Səmədov üçüncü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Ş.Talıbov isə 6,5 xalla səkkizinci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

Əlaqəli Xəbərlər