Menyu

Fuad Muradov Polşada Azərbaycan icmasının nümayəndələri ilə görüşüb

Operativ Media
Fuad Muradov Polşada Azərbaycan icmasının nümayəndələri ilə görüşüb
1 dəq oxu

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Tədbirdə Komitənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və diaspor təşkilatlarına göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. Xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsinin, diaspor təşkilatları arasında əlaqələndirmənin gücləndirilməsinin və gənc nəslin Azərbaycanla bağlarının möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Daha sonra Koordinasiya Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək təşəbbüslərlə bağlı təkliflər səsləndirilib. İcma üzvlərinin sualları cavablandırılıb,

Toplantının sonunda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Varşava və Katovitse şəhərləri üzrə koordinatorlar seçilib.

Fotogalereya

Əlaqəli Xəbərlər