Menyu

10 ayda 45,4 min şəxsə əlillik təyin edilib

Operativ Media
10 ayda 45,4 min şəxsə əlillik təyin edilib
1 dəq oxu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 10 ayında 45,4 min şəxsə əlillik təyin edilib.

Operativ Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 18,3 min şəxsə ilkin, 27,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb:

"Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".

Əlaqəli Xəbərlər