Menyu

2027-ci ilin dövlət büdcəsində sosial xərclər 18,7 milyard manat olacaq

Operativ Media
2027-ci ilin dövlət büdcəsində sosial xərclər 18,7 milyard manat olacaq
1 dəq oxu

2027-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclər 18,7 milyard manat təşkil edəcək.

Operativ Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, növbəti il üçün dövlət büdcəsinin xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Bunun 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərin, 13,8 milyard manatı və ya 32,5 faizi isə əsaslı xərclərin payına düşəcək.

Nazir müavininin sözlərinə görə, sosial yönümlü xərclər dövlət büdcəsi xərclərinin 44,2 faizini təşkil edəcək. Bu göstərici cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz, 2023–2027-ci illərlə müqayisədə isə 4,4 milyard manat və ya 30 faiz çoxdur.

Himalay Məmişov qeyd edib ki, növbəti il üçün təhsil və elm sahələrinə 5,4 milyard manat, səhiyyəyə 2,1 milyard manat, sosial müdafiə və sosial təminata isə 4,9 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat, iqtisadi fəaliyyət xərcləri isə 8,9 milyard manat həcmində proqnozlaşdırılır.

Nazir müavini bildirib ki, 2027-ci il dövlət büdcəsinin kəsiri 3,1 milyard manat, icmal büdcənin kəsiri isə 2,8 milyard manat olacaq.

Əlaqəli Xəbərlər