Menyu

Valdas Dambrauskas: Qarşımızda dünyanın ən yaxşı komandası olacaq

Operativ Media
Valdas Dambrauskas: Qarşımızda dünyanın ən yaxşı komandası olacaq
1 dəq oxu

Biz meydançaya çıxmalıyıq və oyundan zövq almalıyıq.

Operativ Media xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

O, "Barselona" ilə oyunun futbolçular üçün fürsət olacağını qeyd edib.

"Avropada "Barselona"nın kim olduğunu hamı bilir. Biz özümüzə güvənməliyik və bu oyundan zövq almalıyıq. Sabahki oyun özümüzü göstərmək üçün yaxşı fürsətdir".

Litvalı məşqçi Yamalın sabahki oyunda iştirak etməməsinə də münasibət bildirib.

"Azərbaycan azarkeşləri üçün üzüldüm. Onlar Yamalı görmək istəyərdilər. Fikirləşirəm ki, "Barselona" baş məşqçisi üçün bu problem deyil. Onun superulduzlardan ibarət komandası var. Biz əlimizdən gələni etmək istəyirik. Qarşımızda dünyanın ən yaxşı komandası olacaq".

Əlaqəli Xəbərlər