Menyu

İsveç Ukraynaya daha 52,53 milyon dollar yardım ayıracaq

Operativ Media
İsveç Ukraynaya daha 52,53 milyon dollar yardım ayıracaq
1 dəq oxu

İsveç hökuməti Ukraynaya 540 milyon kron (52,53 milyon dollar) məbləğində yeni yardım paketi ayırmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb.

Məlumata görə, Ukrayna Qırmızı Xaç Cəmiyyətinə 155 milyon kron (15,08 milyon dollar), enerji sektorunun ehtiyacları üçün 85 milyon kron (8,27 milyon dollar) və enerji obyektlərinin mühafizəsi üçün avadanlıqların təchizatı üçün 300 milyon kron (29,18 milyon dollar) göndərilməsi planlaşdırılır.

Vəsaitlər Ukrayna Qırmızı Xaç Cəmiyyəti tərəfindən ev təsərrüfatlarına, istilik təchizatına və generatorlara nağd yardım göstərmək üçün istifadə olunacaq. Vəsaitin ikinci hissəsi BMT agentlikləri vasitəsilə enerji avadanlıqları və qurğularının alınması üçün köçürüləcək.

Əlaqəli Xəbərlər