Menyu

Parlament Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi ratifikasiya edib

Operativ Media
Parlament Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi ratifikasiya edib
1 dəq oxu

Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib.

Operativ Media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Əlaqəli Xəbərlər