Menyu

Ceyhun Bayramov: Gürcüstanla münasibətlərimiz qarşılıqlı hörmət və etimada əsaslanır

Operativ Media
Ceyhun Bayramov: Gürcüstanla münasibətlərimiz qarşılıqlı hörmət və etimada əsaslanır
1 dəq oxu

“Ölkələrimiz arasında münasibətlərin çox uzun tarixi var. Xalqlarımız arasında bağlar çox güclüdür, möhkəmdir”.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yaxın qonşuluq və qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr mövcud olub və hazırda da sürətlə inkişaf edir.

Nazir bildirib ki, həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub, tərəflər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

O, həmçinin Cənubi Qafqazda yaranmış yeni vəziyyət, regionda və daha geniş coğrafiyada baş verən proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə edildiyini vurğulayıb.

Əlaqəli Xəbərlər