Menyu

Euclid teleskopu kainatın ilk dövrlərindən qalma nəhəng qara dəlik aşkarlayıb

Nicat Hüseynli
Euclid teleskopu kainatın ilk dövrlərindən qalma nəhəng qara dəlik aşkarlayıb
1 dəq oxu

Avropa Kosmik Agentliyinin (ESA) Euclid teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı aşkar edib.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, “J1504+6252” adlanan kvazarın mərkəzindəki qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 360 milyon dəfə çoxdur.

Ceyms Vebb teleskopunun müşahidələri ilə də təsdiqlənən kəşf alimlər qarşısında qara dəliyin kainatın erkən dövründə necə bu qədər sürətlə böyüdüyü sualını qoyub.

Əlaqəli Xəbərlər