Menyu

Almaniya çempionatında VAR müdaxilələri 10 faiz azalıb

Operativ Media
Almaniya çempionatında VAR müdaxilələri 10 faiz azalıb
1 dəq oxu

Almaniya Bundesliqasının 2026/27 mövsümündə VAR müdaxilələrinin sayı ötən mövsümün eyni dövrü ilə müqayisədə təxminən 10 faiz azalıb.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) Hakimlər GmbH şirkətinin idman və kommunikasiya üzrə baş direktoru Knut Kirxer “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk 9 turun nəticələrinə əsasən, hakimlərin epizodları monitor vasitəsilə izlədiyi halların sayı 20-dən 12-yə enib. İkinci Bundesliqada isə VAR müdaxilələri 20 faiz azalıb.

Kirxer qeyd edib ki, bir VAR müdaxiləsinin orta müddəti də əhəmiyyətli dərəcədə qısalıb. Belə ki, bu göstərici 122 saniyədən 73 saniyəyə düşüb.

DFB rəsmisi dəyişiklikləri video köməkçi hakimlərin fəaliyyətində tətbiq olunan yeni yanaşma ilə əlaqələndirib. Yeni qaydalara əsasən, hakim səhvi yalnız aşkar və açıq olmalı deyil, həm də təkrar görüntülərin ilk və ya ikinci bucağından izlənilməsi zamanı müəyyən edilməlidir.

Kirxer əlavə edib ki, ilk 9 tur ərzində Bundesliqada topun oyunda olduğu xalis vaxt ötən mövsümün müvafiq dövrü ilə müqayisədə təxminən bir dəqiqə artıb. Bununla yanaşı, əlavə vaxtın orta müddəti iki dəqiqədən çox azalıb.

İkinci Bundesliqada isə xalis oyun vaxtı iki dəqiqə yüksəlib, əlavə vaxtın müddəti 3 dəqiqə 50 saniyə azalıb.

Əlaqəli Xəbərlər